Quba Rayon Mərkəzi Xəstəxanası və Quba Müalicə-Diaqnostika Mərkəzinin birləşdirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı 10 sentyabr tarixində APA məlumat verib.

Həyata keçirilən bu dəyişiklərin məqsədi tibbi xidmətlərin keyfiyyətini və onların əlçatan olmasını təmin etməkdir.

Qeyd edək ki, bir rayonda vahid tibb müəssisəsinin yaradılması həm həkim və qeyri-tibb işçilərinin əməkhaqlarının artmasına, həm də daha effektiv idarəetmə sistemin yaradılmasına təkan verəcək.