Quba xəstəxanasında üçəm dünyaya göz açıb. Bu barədə 9 sentyabr məlum olub.

Vaxtından tez doğum təhlükəsi olan 19 yaşlı Qızılgül Zabitli Quba Regional Perinatal Mərkəzinə yerləşdirilmişdir. Onun bir oğlan və iki qızı dünyaya gəlib. Oğlan 1400, qızların hər ikisi isə 2 kiloqram çəkidədi.

Körpələr ilk öncə tənəffüs aparatına qoşulsalarda, daha sonra normal nəfəs almağa başlayıblar. Hal-hazırda körpələrin vəziyyətləri normaldır.