Qubada Əlibəyqışlaq və Aşağı Xuc kəndlərində Suvarma Sistemləri İdarəsi (SSİ) tərəfindən köhnə su kanalları yenilənir. Bu barədə bu gün, 10 sentyabr tarixində məlum olub.
AZƏRTAC-a istinadən qeyd olunan kəndlərin su kanalları beton üzlüyünə alınır. Hal-hazırda Qubada 26 min 300 hektar suvarılan ərazisi var. Bütün torpaq kanallar gələcəkdə ardıcıl şəkildə beton kanallarla əvəz ediləcəklər.
Eyni zamanda çayların kənarında mühafizə bəndlərinin inşası da davam etdirilir. Bunu rayonda yaşayış məntəqələrinin sel sularından qoruması üçün icra edirlər.