Xaçmaz şəhərində səkilərin təmir-bərpa işləri gedir. Bu barədə 9 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Şəhərin N.Nərimanov küçəsində yeni bordürlar quraşdırılır. Səkilərin örtüyü bərpa olunur. Eyni zamanda digər tələb olunan işlər görülür.

Daha öncə, Xaçmazda N.Nərimanov küçəsində köhnə işıq dirəklərinin demontaj prosesi icra edilmişdir.