Xaçmazda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərən məzunlarla görüş keçirilib. Bu barədə 9 sentyabr tarixində məlum olub.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ali məktəblərə qəbul olmaq üçün Xaçmaz rayonundan 767 məzundan 617 tələbə adını qazanıb.

13 məzun 600 -dən yuxarı bal toplayıb. Onlara rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri verilib. Həmçinin görüşdə 500-dən yuxarı bal yığan 54 şagird iştirak edib.

Qeyd edək ki, 2021-ci ildə buraxılış imtahanlarında üzürlü səbəbdən iştirak edə bilməyənlər Xaçmaz şəhərində bugün, sentyabrın 9-da imtahan verir.