Xaçmaz rayonunda ASAN Səyyar sentyabrın 30-na kimi xidmət göstərəcək. Bu barədə 9 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.
Səyyar avtobus Xaçmaz şəhərində, Hacı Zeynalabdin Tağıyev küçəsində fəaliyyət göstərir. Əhali həftənin 5 günü müraciət edə bilər. Saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Saat 14:00-dan 15:00-dək nahar fasiləsidir. Şənbə və bazar günləri qeyri iş günüdür.
Əsas məqsəd səyyar şəkildə göstərilən dövlət xidmətlərinin vətəndaşlara daha rahat üsulla təmin edilməsidir.