Xaçmazda polis tərəfindən karantin rejiminin qaydalarına əməl olunmasına dair tədbirlər davam etdirilir. Bu barədə 9 sentyabr tarixində məlum olub.
Keçirilən yoxlanış zamanı məlum olub ki, qapalı məkanlarda karantin rejiminin tələblərinə riayət olunmur. Sosial məsafənin gözlənilməsi və tibb maskalardan istifadə tövsiyə edilib. Qaydalara əməl etməyənlərə qarşı qanuni tədbirlər görülüb.
Vətəndaşlar məlumatlandırılıb ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının yayılmasının, onun ağır nəticələrinin qarşısını almaq, həmçinin qaydalara riayət olunmasına görə məsuliyyət hissini artırılmasıdır.