Qubada tanışını döyərək öldürən şəxs tutularaq istintaqa cəlb edilib. Bu barədə 9 sentyabr tarixində məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, 23 avgust tarixində Gültəpə kənd sakini  Şöhrət Mursəliyev  tanışı Zeydulla Əziziov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Nəticədə Əziziov avqustun 30-da aldığıı  xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.

Daha öncə, Quba rayonunda atasını öldürməkdə təqsirli bilinən şəxsin cinayət işi yekunlaşmışdır.