Qubada su kanalları yenilənir və bəndlər tikilir. Bu barədə 9 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Suvarma sistemləri idarəsi köhnə su kanallarını yeniləyir. Hazırda Əlibəyqışlaq və Aşağı Xuc qəsəbələrinin ərazisində kanalların beton üzlüyə alınması işləri görülür.

Bununla yanaşı sel sularından mühafizəsi məqsədilə çayların kənarında bəndlərin inşası aparılır. Tikinti yekunlaşdıqdan sonra ətraf ərazilər daşqın və seldən tamamilə qorunacaq.

Quba rayonunda ümümilikdə 26 min 300 hektar suvarılan ərazi mövcuddur. Əvvəllər əkin sahələrini suvarmaq üçün torpaq arxlarldan istifadə olunurdu. Bu həm vaxt həm də su itkisinə səbəb olurdu.