Yəhudilərin yeni ili: Roş-Ha-Şana bayramı

8 Sentyabr 2021, 15:57

Photo Shimal.News

Bu bayram yəhudi təqvimi ilə yeddinci (Tişrey) ayın birinci və ikinci günlərində qeyd olunur

Yəhudilərin əhəmiyyətli bayramlarından biri Roş-Ha-Şana sayılır. Bu bayram dağ yəhudiləri üçün yeni ilin gəlişi deməkdir. Bu bayram yəhudi təqvimi ilə yeddinci (Tişrey) ayın birinci və ikinci günlərində qeyd olunur və bu hər il, əsasən, sentyabr ayına təsadüf edir.

Bayramın ilk üç günü hər bir yəhudi ailəsində süfrələr açılır, müxtəlif yeməklər hazırlanır. Üç gündən sonra yəhudilərin ibadət yerində, sinaqoqda yeddi gün ərzində dini ayinlər icra olunur. Roş-Ha-Şana bayramının xarakterik xüsusiyyətlərindən biri sinaqoqda ibadət zamanı şofar (adətən yəhudilərin dini məqsədlər üçün istifadə etdiyi qoç buynuzundan qədim musiqi ələti) çalınmasıdır. Bunun mənası Qiyamət günü veriləcək İlahi hökmə hay vermək və tövbəyə çağırış kimi şərh olunur.

Quba rayonunun Qırmızı qəsəbə sakini Raxmil Samailov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, bayramın onuncu günündə yəhudilər bütün gün ac qalır və müqəddəs “Yom Kipur” gününü qeyd edirlər.

Bayramda yəhudilər dualar oxuyur, ehtiyacı olanlara komək edir, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Bayram süfrəsində dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü var-dövləti, süfrədəki balıq başı ailə başçısını simvolizə edir. Bayramda alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət olsun. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

Dağ Yəhudilərinin Azərbaycandakı məkanı – Qırmızı Qəsəbədə 1989-cu il ümumittifaq əhalinin siyahıya alınmasına görə 4524 nəfər yaşayırdı. 

Mənbələr: 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.