Xaçmazda 3 gündü içməli su xətti zədələnib və çirkab sularla qarışır. Bu barədə 8 sentyabr Shimal.News-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, “Yeni planlar” adlanan ərazidə, Yusif Müsküri küçəsində kanalizasiya xətti qazılıb. Həmən vaxt içməli su borusu zədələnib və bəzi küçələr susuz qalıb. Bu günə kimi su torpağa axır, insanların isitifadə etdiyi suyun xəttinə isə tullantılar dolur.
Avqust ayında, Xaçmaz rayonunda təxmini 300 evin su təminatı ilə bağlı çətinliklər yaranmışdır.