Xaçmazda 9 sentyabr, saat 11:00-da “Birinci sinfə hazırıq” adlı layihə keçiriləcək. Bu barədə 8 avqust Shimal.News-a məlumat daxil olub.

Heydər Əliyev mərkəzində, keçiriləcək tədbirin təşkilatçılarından biri Xaçmaz şəhər 8 №-li məktəb-liseydir. Burada rəsmi nümayəndələr iştirak edəcəklər. Lyubov Timofeyevna – Azərbaycanda rus dilli məktəblərinin koordinatoru və rus dili müəllimlərinin asosiyasiasının sədri. Həmçinin Mixail Zabelin – Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Rus İcmasının sədri. Onlar şagirdlərə hədiyyələr hazırlayıblar.

2009-cu ildən başlayaraq Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 №-li məktəb-lisey hər il Rusiya Səfirliyinin İnformasiya mərkəzi və Azərbaycanda Rus dili müəllimlərinin assosiyası tərəfindən keçirilən lahiyələrdə iştirak edir.