Qusar rayonu Urva kənd sakini şəhid İkraməddin Arazovun ad günü yad edilib. Bu barədə sentytabrın 8-i məlum olub.
Qəbir üstünə Qusar rayon İcra Hakimiyyətin məsul şəxsləri, ailə üzvləri, yaxınları və dostları ziyarət edərək gül-çiçək dəstləri düzüblər. Şəhidin ruhuna dualar oxunub və anım mərasiminin iştirakçıları onun həyat yolundan danışıblar.
İkraməddin Arazov Murovdağ istiqamətində aparılan döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.