Qubanın alma bağlarında zərərvericilər yayılıb. Bu barədə 6 sentyabr Real TV məlumat verib.
Kaliforniya yastıcası və şərq meyvəyeyən zərərvericiləri meyvə bağlarına ziyan vurur. Beləliklə 14 min hektar alma bağlarının 80 faizi həşaratların hücumuna məruz qalıb. Onlar ağacı qurudur və yetişməkdə olan meyvənin üzərinə ləkələr salır.
Fermerlərin sözlərinə görə, dərman preparatları keyfiyətsizdir. Onlar zərərvericilərə qarşı bir neçə dəfə kimyəvi preparatlarından istifadə ediblər, lakin nəticə əldə olunmayıb.
Mütəxəsislərin fikirincə, anomal istilər zərərvericilərin çoxalmasına və yayılmasına münbit şərait yaradıb.
2020-ci ildə Qubada 112 min ton məhsul tədarük olunub. Bu il isə məhsuldarlığın 10-15 faiz aşağı olacağı proqnozlaşdırılır.