Quba rayonunda zubr balalarının sayı artıb. Bu barədə 6 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Şahdağ milli parkında 5-ci zubr balası dünyaya gəlib. O, sağlamdır və mühütə uyğunlaşaraq sürüyə qoşulub.
Zubrların reintroduksiya layihəsi çərçivəsində 2019-2020-ci illər ərzində Şahdağ Milli Parkına Avropadan 17 baş zubr gətirilərək təbiətə buraxılmışdır.