Qusarlı karateçilər Bakı birinciliyinin qalibləri oldu

6 Sentyabr 2021, 18:10

Depositphotos

4 nəfər birinci dərəcəli diplom və medallarla mükafatlandırılıblar

Qusarlı idmançılar karate üzrə Bakı birinciliyinin qalibləri oldular. Bu barədə Shimal.News-a 6 sentyabr tarixində məlumat daxil olub.

Mirzə Baxışov, Davud İlyasov, Nadir Məmmədbəyov və Namik Seyidov birinci dərəcəli diplom və medallarla mükafatlandırılıblar. Təltif edilmə mərasimi sentyabrın 4-ü Bakı şəhərində “Sport Master” İdman Klubunda baş tutub.

Daha öncə, 22 avqust tarixində Avropa çempionatında Azərbaycanı təmsil edən karateçilərimiz nəticə göstəriblər. Əminağa Quliyev (-60 kq) ikiqat Avropa çempionu olub. Hüseyn Məmmədli (67 kq) və Mədinə Sadiqova (-55 kq) 21 yaşadək gənclərin 13-cü qitə çempionatının bürünc mükafatçıları olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.