Yaş həddi 14-29 olmalıdı
Qusar rayonunda “Gənc könüllü” qeydiyyatı açıq elan edib. Bu barədə 6 sentyabr tarixində sosial şəbəkələrdə xəbər yayılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) klubu yeni bilik və bacarıqlar reallaşdırmaq imkanı yaradır. Həmçinin şəxsi və karyera yüksəlişi ilə yanaşı, könüllülük maraqlı və gənc dostlar qazandırır.
Tələblər:
-14-29 yaş aralığında olmalı
-Təşəbbüskar və məsuliyyətli olmalı
-Komanda ilə işləmə bacarığı və səbirli olmalı
-Araşdırma və daim yeniliklərə açıq olmalı
Meyarlar:
-Uğurlu komandanın bir parçası olmaq;
-Müəyyən bölmələr üzrə təcrübə keçmək;
-Uğurlu karyera imkanı;
-Mərkəzin fəaliyyətlərinin təşkilində iştirak etmək;
-Şəxsi inkişaf və təcrübə;
-Yeni dostluqların qazanılması.
Qeydiyyat linki: https://forms.gle/z8voWbjMvrfPfGNh8