Qusar şəhərinin küçələrində yolların təmir-bərpa, təmizlik və abadlıq işləri aparılır. Bu barədə 6 sentyabr tarixində ShimalNews-un müxbiri məlumat verib.

Mirzə Vəliyev küçəsində elektrik və rabitə şəbəkisi yenidən qurulub. Hazırda yolun hərəkət hissəsinin asfaltlaşdırılması işləri yekunlaşır.

2021-ci ildə əsaslı təmir olunan Avaran-Xürel avtomobil yolundan Mirzə Vəliyev küçəsinə kimi asfalt olunmuşdur. Əvvələr küçənin yalnız bir qismi asfaltlı idi, çınqıl örtüklü hissəsində isə payız-qış aylarında su və palçıq sakinlərin hərəkətini çətinləşdirirdi.

 Daha öncə, Qusarda şəhər yollarının və səkilərin təmir işlərinə təxminən 470 min manat ayrılmışdır.

Foto Shimal.news
Foto Shimal.news