Qubada 1 hektara yaxın ərazisi olan park baxımsız vəziyyətdə qalıb. Bu barədə Shimal.News-a 6 sentyabr tarixində məlumat daxil olub.
Sakinlər bildirib ki, Bayram Şıxəmirov küçəsində yerləşən II Dünya müharibəsində həlak olan həmyerlilərimizin əbədi xatirəsinə ucaldılmış parka qulluq olunmur. Əvvəllər hər il burada 9 May Qələbə günü qeyd olunurdu.
Daha öncə, Xudat şəhərində Nizami Gəncəvi adına parkda oxşar vəziyyət haqqında yazmışdıq.