Xaçmazda “Xaşxaş-2021” əməliyyatı nəticəsində, evlərində narkotik tərkibli bitkilər aşkarlanan rayon sakinləri, Əlsafa Hüseynov və Zahid Tahirov saxlanılıblar. Bu barədə bu gün, 4 sentyabr məlum olub.

Baxış zamanı Hüseynovun yaşadığı evin həyətində 60 kq yaxın yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisi və ümumi çəkisi 7kq-dan çox olan marixuana aşkar olunub.

Tahirovun yaşadığı evdən isə, 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı” “şüşə” adlanan narkotik vasitə və 1 ədəd elektron tərəzi aşkar olunub.

Hər iki faktla bağlı istintaq aparılır.

Daha öncə, Xaçmazda polis əməkdaşları tərəfindən narkotik bitkiləri yetişdirən şəxs saxlanılmışdır.