Qubanın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə bu gün, 4 sentyabr ShimalNews-a məlumat daxil olub.
Hadisə saat 11:20 radələrində baş verib. “VAZ 2199” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yararsız hala düşüb.
Xəsarət alan yoxdur.
Daha öncə, Qubanın Alekseyevka kəndində yol nəqliyyat hadisəsi baş vermişdir.