Qubada karantin qaydalarına riayət olunması ilə bağlı növbəti reydlər keçirilib. Bu barədə 4 sentyabr tarixində məlum olub.
Polis əməkdaşları tərəfindən ticarət obyektlərində və turizm mərkəzlərinin qapalı məkanlarında xüsusi karantin rejiminin riayət olunmasına dair reydlər keçirilmişdir. Vətəndaşların COVİD-19 pasportunun olub-olmaması yoxlanılmışdır. Yoxlamalarda Qubanın İcra başçısı Ziyəddin Əliyev də iştirak edib.
Qeyd edək ki, sentyabrın 1-dən iri ticarət mərkəzlərində, mehmanxanalarda, idman zallarında, restoran və digər obyektlərdə vətəndaşlardan mütləq qaydada COVİD-19 pasportu və ya ən azından birinci vaksin dozasının olması tələb olunur. Peyvənd olunmayan şəxslər obyektlərdə aşkar olunduqda, vətəndaşlarla yanaşı, obyekt sahibləridə cərimə olunur.