Şimal rayonlarından uşaqlar V Ümumrespublika Forumunda iştirak edəcək. Bu barədə 4 sentyabr məlum olub.

Forumunun keçirilməsi noyabr ayında planlaşdırılır. Hər regiondan fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran və sosial fəal olan 10 uşaqdan 1-i seçilib. Beləliklə Quba, Qusar və Xaçmaz rayonlarından 13-17 yaş arasında 20 namizəd cəlb edilib.

Tədbir regional inkişaf ictimai birliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə təşkil ediləcək.

Əsas məqsəd uşaq hüquqlarının təbliği və qorunmasına nail olmaqdır.