Xaçmazda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin hesabatı baş tutub. Bu barədə 3 sentyabr ShimalNews-a məlumat daxil olub.

Yekun tədbir Cəfər Cabbarlı adına 6 N-li tam orta məktəbdə keçirilib. Burada əsas məqsəd 3-5 yaş arası uşaqlar üçün icmaların təbliği idi.

Ümumilikdə 2017-ci ildən başlayaraq UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Xaçmazda 4 icma hərəsi bir məktəbdə təmsil olunur. Burada fəaliyyət uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması və ibtidai təhsilin keyfiyyətini təkmilləşdirilməsindən ibarətdir.