Xaçmaz rayonunda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılıb. Bu barədə 3 sentyabr ShimalNews-a məlumat daxil olub.
Hadisə Sabiroba kəndində baş verib. Baş nahiyyəsindən xəsarət alan uşaq Xaçmaz rayon Mərkəzi xəstəxanasına çatdırılıb, ordan paytaxt xəstəxanasına göndərilib.
Daha öncə, Qubada tikintidə işləyən fəhlə binadan yıxılaraq dünyasını dəyişmişdir.