Xaçmaz məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunacaq

3 Sentyabr 2021, 10:21

Envato

Bu layihə şagirdlərə İKT-na yiyələnmək imkanı yaradır

Xaçmazda 2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunacaq. Bu barədə Azərbaycan təhsil portalı məlumat verib.

Bu layihə şagirdlərə informasiya və kommunikasiya texnologiyalarına (İKT) dərindən yiyələnmək imkanı yaradır. Həmçinin onların informasiya məkanında məqsədyönlü fəaliyyət və düşüncə tərzin formalaşmasını təmin edir.

Ümumilikdə layihə 16 şəhər və rayonu əhatə edəcəyi planlaşdırılıb. Burada 250 məktəbdə 1500-dən çox müəllim tədris aparacaq. Təqribi 190 min şagirdin cəlb olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.