Qubanın Səbətlər kəndində Vətən müharibəsi şəhidi Tamerlan Səfərovun adına xatirə bulağının açılışı olub. Bu barədə 3 sentyabır tarixində məlum olub.
Açılışa Təngəaltı kənd klubunun əməkdaşları və Vəlvələçay, Səbətlər kənd kitabxana filiallarının əməkdaşları iştirak ediblər. İkinci Nügədi kənd kitabxanasının əməkdaşları isə kənd qəbiristanlığında Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Daha öncə, Qubanın Qam-qam kəndində “Şəhidlər” bulağı xatirə-kompleksinin açılışı olmuşdur.