Xaçmazın Armudpadar kəndinin ərazisindən keçən yeni maqistral yolun tikintisi yekunlaşır. Bu barədə 3 sentyabr ShimalNews-a məlumat daxil olub.
Tikintidə çalışanların sözlərinə görə, bu ayın axırına kimi maqistralın üzərindəki körpü hazır olacaq. 1 ildən çox bu körpünün inşası fasilələrlə gedirdi, son 4 ay isə proses sürətlənib. Beləliklə Quba-Xaçmaz istiqamətində hərəkət edən sürücülərin istifadəsinə veriləcək.
Daha öncə, Bakı-Quba yolunun ilk 30 km-nin tikintisi tamamlanmışdır.
