Xaçmazda polis şöbəsinin əməkdaşları tərəfindən narkotik bitkiləri yetişdirən şəxs saxlanılıb. Bu barədə bu gün, 2 sentyabr məlum olub.

“Xaşxaş-2021” əməliyyatı nəticəsində Xaçmaz şəhər sakininin Ə.Hüseynovun həyətindən 26 ədəd çətənə kolu və 7kq 120 qram marixuana tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, Xaçmazda narkotik bitkilərin yetişdirilməsində şübhəli bilinən şəxs saxlanılmışdır.