Xaçmaz sakinlərinin 120 mindən çoxu peyvənd olunub

2 Sentyabr 2021, 14:54

Foto Shimal.news

Qeydiyyat randevu.its.gov.az saytında keçirilir

Xaçmaz rayonunda sakinlərin peyvənd olunma prosesi aparılır. Bu barədə bu gün 2 sentyabr tarixində məlum olub.

Birinci növbədə, peyvəndi könüllü olaraq risk altında olan əhaliyə -müəllimlərə, yaşlılara hüquq-mühafizə orqanlarının əməkdaşlarına və səhiyyə işçilərinə vuruldu. Bölgədə 18 yaşdan yuxarı olan vətəndaşların peyvəndlənməsi və həmçinin ikinci dozanın vurulma prosesi aparılır. Peyvənd zamanı sıxlığın qarşısını almaq üçün iki mərkəzdə vaksinasiya olunması mümkündür.

Vaksinasiya yalnız rayon mərkəzində deyil, səyyar briqadalar vasitəsi ilə kəndlərdə həyata keçirilir. Bu günə qədər Xaçmaz mərkəzi xəstəxanasında təxminən 80 min, Xudat şəhər xəstəxanasında 38 mindən çox vətəndaş peyvənd olunub.

Xaçmazda vaksinasiya hər gün davam edir. Qeydiyyat prosesi onlayn olaraq randevu.its.gov.az saytında keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.