2021-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər Xaçmaz şəhərində sentyabrın 9-da əlavə imtahan verə bilər. Bu barədə 2 sentyabr Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Onlarla birgə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Əlavə olaraq onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunacaq.