“Şahdağ” turizm mərkəzində kanat xətti dəniz səviyyəsindən 2551 metr hündürlüyə qədər uzadılıb. Bu barədə 2 sentyabr ShimalNews-a məlumat daxil olub.

Əldə olunan məlumata görə bir ay müddətində yeni xətt təhvil verilməlidir. Gələcəkdə isə o, Heydər Əliyev zirvəsinə kimi uzadılacaq.

Qusarda yerləşən Şahdağ, Böyük Qafqaz dağ silsiləsinin zirvələrindən biri sayılır. Onun hündürlüyü dəniz səviyyəsindən 4243 metrdir. İlk dəfə 1892-ci ildə rus alpinist və topoqrafı Andrey Pastuxov tərəfindən fəth olunmuşdur. Həmçinin burada 9000 il əvvəl yaşayış olduğunu sübut edən qədim insan məskənləri tapılmışdır.

Foto Shimal.news
Foto Shimal.news
Foto Shimal.news
Foto Shimal.news
Foto Shimal.news
Foto Shimal.news
Foto Shimal.news
Foto Shimal.news