Qubanın Molla Pənah Vaqif küçəsində məişət tullantıları təmizlənmir. Bu barədə 1 sentyabr ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, tullantılar xüsusi ayrılmış yerdə ən tezi 10 gündən bir təmizlənir. Natəmizlik və qoxu sakinlərin narahatçılığına səbəb olur.
Daha öncə, 27 avqust Quba olimpiya idman kompleksinin önündə çoxsaylı tullantılar barədə məlumat vermişdik.