Qubanın Sofikənd sakinin məhkəməsi başlayır. O, atasını qəsdən öldürməkdə təqsirləndirilir. Bu barədə bu gün 1 sentyabr tarixində məlum olub.

Rəvan Ramazanov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham olunaraq həbs qətimkan tədbiri seçilib. Bu iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il iyunun 9-da baş verib. Sadıq Ramazanov və oğlu Rəvan arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Yaşadıqları evin həyətində Rəvan balta ilə atasının sinə və baş nahiyəsinə xəsarətlər yetirərək öldürülmüşdür.