Quba şəhərində “Şaving İnşaat” şirkətinin direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Bu barədə 1 sentyabr tarixində məlum olub.
İstintaq zamanı müəyyən olunub ki, tikinti-quraşdırma işləri aparılarkən Ərzuman Bayramov təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməyib. Bu səbəbdən mayın 23-də tikinti işlərinə cəlb edilən Vasif Sadıqov elektrik cərayanı vurması nəticəsində dünyasını deyişib.
Bayramov Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilib. Cinayət işi üzrə istintaq yekunlaşıb və Quba rayon məhkəməsinə göndərilib.