Qubanın Alekseyevka kəndi ərazisindən keçən yolun 1 kilometrində asfalt örtüyü yararsız hala düşüb. Bu barədə 1 sentyabr ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, bu yolda məktəb yerləşir və yağışlar başladıqda təhlükə yaranacaq.

Daha öncə, Xaçmaz rayonunda 6.000 əhalinin istifadə etdiyi yol yararsız vəziyyətdə olması barədə məlumat daxil olmuşdur.