Şimal bölgələrində icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinə qəbulu elan edilib. Bu barədə 1 sentyabr ShimalNews-a məlumat daxil olub.

Bu mərkəzlərə 3-5 yaş arası uşaqlar qəbul olunur. Onlar həftədə 4 dəfə, 2-2.5 saat ərzində ödənişsiz təhsil alacaqlar.

2017-ci ildən başlayaraq Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi UNICEF və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 51 206 79 43