Xaçmazda kəskin qoxu əhalinin narahatçılığına səbəb olub. Bu barədə ShimalNews-a 31 avqust tarixində məlumat daxil olub.

Saat 21:00-da başlayan 23:00 kimi davam edən iyin səbəbi bilinmir. Sakinlərin sözlərinə görə, bu quşçuluq təsarrüfatının qoxusuna oxşuyur. Onu bütün şəhər və ətraf qəsəbələr hiss edib. Həmçinin koronovirusla mübarizə üçün dezenfeksiya vasitəsinin iyi olduğu və digər fərziyyələr irəli sürülür.

Təxmini 10 gün əvvəl eyni vəziyyət saat 15:00-18:00 aralığında olmuşdur.