Xaçmazda işıq dirəkləri yenilənir. Bu barədə ShimalNews-a 31 avqust tarixində məlumat daxil olub.

Mərkəzdə yerləşən Nəriman Nərimanov küçəsində köhnə işıq dirəklərinin demontaj prosesi gedir. Yaxın zamanda yeniləri ilə əvəz ediləcəklər. Bütün işlər 1 ay müddətində yekunlaşdırılacağı planlaşdırılıb.

Daha öncə, iyulun 27-si Xudat şəhərinin mərkəzi küçələrində bərpa işləri aparılırdı.