Xaçmaz: Erkən tunc dövrü, Kür-Araz mədəniyyətinə aid təbəqə aşkarlanıb

31 Avqust 2021, 11:16

Azərbaycan Milli Elmlər Akademiyasının resmi səhifəsindən

Qazıntılar Həsənqala kəndi ərazisində aparılır

Xaçmaz rayonu Həsənqala kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı Erkən tunc dövrü, Kür-Araz mədəniyyətinə aid təbəqə aşkarlanıb. Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında məlumat verilib.

Qazıntılar zamanı əsasən saxsı qabların fraqmentləri, dən daşları, balta, ocaq yeri və yaşı min ildən çox olan Şirvanşahlar dövlətinə məxsus sikkələr aşkarlanıb. Burada, həmçinin dairəvi evlərin tikilməsi zamanı istifadə olunan dirəklər tapılıb.

Həsənqala kəndində yerləşən qədim yaşayış yeri ilk dəfə 1977-ci aşkarlanmışdır. 2018-ci ildən burada aparılan qazıntı işləri zamanı yaşayış yerinin üst təbəqəsinin IX-XIII əslərə aid olduğu, sonrakı təbəqədə isə antik dövrə aid tapıntılar aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.