Qusarda narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə 31 avqust tarixində məlum olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, Qusar rayon sakini  Eldar Əlimov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” narkotik vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Daha öncə, Qubada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılmışdır.