30 iyul tarixində Qusar polis əməkdaşları Vətən müharibəsi şəhidlərinin və aztəminatı ailələrini ziyarət ediblər. Bu barədə DİN mətbuat xidməti məlumat verib.

Onların problemləri ilə maraqlanıblar. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin hünəri, əziz xatirəsi yad edilib.

Həmçinin aztəminatlı ailələridə ziyarət edərkən, müxtəlif ərzaq məhsullarından ibarət sovqatları onlara təqdim ediblər.

Ailələr onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.