Xaçmazda yol-nəqliyyat qəzası baş verib. Bu barədə 29 avqust tarixində FHN məlumat verib.

Rayonun Vələmir kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Deformasiyaya uğrayan nəqliyyat vasitəsindən xilasetmə qüvvələri 1 nəfəri çıxarıblar. Xəsarət alan aidiyyəti üzrə təhvil verilib.

Daha öncə, avqustun 12-si Xaçmaz rayonunda yol qəzası baş vermişdir.