Qusarın Yasab kəndində, qəbirstanlıqda tikinti aparılıb. Bu barədə 30 avqust tarixində ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, qəbirstanlığın ərazısində boş yer qalmamışdır. Xaricdə yaşayan qusarlı iş adamının köməyi ilə çətinliklər aradan qaldırıldı. Beləliklə yeni sahə əlavə edildi, hasar çəkildi və ziyarətə gələnlər üçün məkan inşa edildi.
Yasab kəndi 1999-cu ildə yaradılmışdır. Onun əhalisi 2.000 nəfərə yaxındır.