Qusarın Hil kəndində yol boyu işıq dirəkləri quraşdırılıb. Bu barədə 30 avqust tarixində ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, bunu xaricdə yaşayan qusarlı iş adamları edib.
Hil kəndinin 3000 ildən artıq yaşı var. 1929-cu ildə Quba qəzası ləğv olunaraq rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür.