Qusarda 29 avqust tarixində kənd komandaları arasında futbol yarışının qalibi məlum oldu. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Finalda “Qusar” və “Gündüzqala” komandaları üz-üzə gəlib. Əlavə vaxt verilməsinə baxmayaraq hesab 1:1 olaraq qalırdı. Qalibi müəyyənləşdirmək üçün penalti təyin olundu. Beləliklə “Gündüzqala” 4:2 hesabı ilə çempion oldu.

Təltifetmə mərasimində təşkilatçılar, şimal regional futbol federasiyasının prezidenti Abdulla Məmmədov və Akif Əliyev zəhməti keçən hər bir kəsə təşəkkür etdilər.