“Peyvənd olunaraq özümüzü və ətrafımızı qoruyaq” adlı sosial aksiya keçirilib. Bu barədə 28 avqust tarixində sosial şəbəkədə məlumat yayılıb.
Xaçmaz rayon Gənclər və İdman İdarəsi və Xaçmaz Gənclər Klubu koronavirus pandemiyasına qarşı mübarizədə əhalini maarifləndirmək və vaksinasiya prosesinin sürətləndirilməsi məqsədi ilə aksiya keçiriblər.
Aksiya zamanı əhalinin daha sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilib. Vətəndaşlara məlumat broşurları paylanıb və pandemiyaya qarşı mübarizədə koronavirus infeksiyasından qorunmaq üçün peyvənd olunmağın vacibliyi barədə məlumatlandırıblar.