Qubanın ən böyük məktəbinin binası əsaslı təmir olunub. Bu barədə 28 avqust ShimalNews-a məlumat daxil olub.
Zərdabi qəsəbəsində yerləşən məktəb 960 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Ümumilikdə bina 3 mərtəbə, 4 korpus, ayrı idman zalından ibarətdir. Sinif otaqları yeni inventar və avadanlıqlar ilə təmin olunub.
Tikintidə çalışanların sözlərinə görə, sentyabrın 10-na gədər bütün işlər yekunlaşacaq. Yalnız futbol meydançası bir gədər sonra təhvil veriləcək.
Bayram Şıxəmirov adına Zərdabi kənd orta məktəbinin təməl 1938-ci ildə qoyulmuşdur. 2020-ci ildə əsaslı təmirə başlanılmışdır.