Quba rayonunun Aşağı Xuc kəndində həyətyanı sahədə yanğın baş verib. Bu barədə 28 avqust tarixində FHN-nin mətbuat xidməti məlumat yayıb.
Sahədə 9 ton ot bağlaması yanıb, 6 ton isə mühafizə olunub. Ərazidəki tikililərə zərər dəyməyib.
Xəsarət alan yoxdur.
Daha öncə, avqustun 6-da Qubada yanğın baş vermişdir.