Quba şəhərində, 1 saylı orta məktəbin yanında 2 avtomobil qəza törədib. Bu barədə 28 avqust ShimalNews-a məlumat daxil olub.
Azərbaycan küçəsində “VAZ 2106” və “Chevrolet Cruz” markalı avtomobillər toqquşub. Hadisə saat 13:00 radələrində baş verib.
Xəsarət alanlar var.
Bir gün öncə, Qubanın Alekseyevka kəndində yol nəqliyyat hadisəsi baş vermişdir.